AzMİU-nun professoru “Xarı Bülbül” diplomu ilə təltif olunub [11.04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi Qarabağın simvolu olan “Xarı Bülbül” diplomu ilə təltif olunub. Alimin cəmiyyətdəki fəal ziyalı mövqeyi, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğı, milli-mənəvi dəyərlərimizin qorunmasındakı fəaliyyəti və s. nəzərə alınıb. 
     Dəyərli alimimiz Fəqan Əliyevi “Xarı Bülbül” diplomu alması münasibətilə təbrik edir, ona cansağlığı, elmi yaradıcılığında uğurlar arzulayırıq!

11-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]