AzMİU-nun müəllimi Orhun Mübadilə Proqramı çərçivəsində Özbəkistanın Kokand Universitetində mühazirə oxuyub [08.04.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov Türk Şurası Türk Universitetlər Birliyinin həyata keçirdiyi Orhun Mübadilə Proqramı çərçivəsində Özbəkistanın Kokand Universitetində olub.
2-10 aprel tarixlərində davam edən mübadilə proqramında İ.Muradov Kokand Universitetinin tələbələrinə dərs deyib. O, “Marketinq” fənni üzrə mühazirələr oxuyub. Universitetdə olduğu müddətdə AzMİU-nun müəllimi özbək həmkarları ilə marketinq ixtisasının tədrisi istiqamətində təcrübəsini paylaşıb, eyni zamanda beynəlxalq əməkdaşlığın, ikitərəfli əlaqələrin qurulması istiqamətində görüşlərin keçirilməsi üçün danışıqlar aparıb.
Məlumat üçün qeyd edək ki, Orhun mübadilə proqramı Türk Şurası Türk Universitetlər Birliyinin üzvü olan universitetlər arasında tələbə və müəllim mübadiləsini asanlaşdırmaq məqsədi daşıyan bir proqramdır.