AzMİU əməkdaşları Scopus beynəlxalq məlumat bazasında aktivliyini artırmaq məqsədilə treninqlərə davam edir [07.04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə ELSEVİER şirkəti professor-müəllim heyəti üçün “Müəllifin Scopusda profilinin idarə olunması, nəşrlərdə sitat verilməsinə təsir edən amillər” adlı onlayn formatda vebinar keçirilib. Vebinarda AzMİU-nun 40-a yaxın əməkdaşı iştirak edib.
Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva universitetin elmmetrik göstəricilərinin artırılmasının şöbə üçün prioritet olduğunu xüsusi vurğulayıb. O, məlumat verib ki, Scopus bazasına universitet alimlərinin çıxışının təmin edilməsi üçün cari ildə imzalanmış müqavilə bu istiqamətdə atılan müsbət addımdır. Şöbə müdirinin sözlərinə görə, bundan sonra universitetlə ELSEVİER şirkəti arasında olan əlaqələrin daha effektiv şəkildə aparılması planlaşdırılır.
     ELSEVİER şirkətinin analitik işlər üzrə məsləhətçisi Kirill İvanov çıxışında beynəlxalq elmi nəşrlərdə məqalə çap etdirən və ya çap etməyi planlaşdıran, öz tədqiqat portfelinin beynəlxalq ictimaiyyətə görünməsini artırmaq istəyən hər kəs üçün aktual olan məsələlərə toxunub. O, Scopus-da müəllif profilləri formalaşdırmaq, onu redaktə etmək və nəşrlərə olan istinadları artırmaq  istiqamətində mövcud olan mexanizmlər barədə də ətraflı məlumat verib. Şirkət təmsilçisi universitetimizin əməkdaşlarının çap olunan məqalələrinə verilən istinadların izlənməsi və istinadlarla yanaşı, müəliflərin digər təsir indikatorlarından da danışıb.  K.İvanov şirkətlə Elmi-tədqiqat şöbəsinin uğurlu əməkdaşlığının nəticəsi kimi universitetin Scopus-da olan profilinin çox dəqiq və dolğun olduğunu vurğulayıb. 
     Vebinarın sonunda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.  

07-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]