AzMİU müəllimlərinə treyninq keçirilib

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Tips for Advanced English Academic Writing” adlı treyninq keçirilib. Treyninqdə təlimçi qismində AzMİU-nun Elmi tədqiqat şöbəsinin müdiri, dosent Nərmin Rzayeva çıxış edib. Tədbirdə universitetin 40 nəfər ingilis dilində tədris aparan və sertifikatlara malik olan müəllimi iştirak edib.  
     Treyninq zamanı iştirakçılara akademik yazı üslublarının yeni trendlərindən, elmi məqalələrdə işıqlandırılan elmi nəticələrin daha aydın təsvir olunması üsullarından, mətndəki aksentlərin və vurğuların düzgün qoyulmasından, elmi məqalələrdə qrammatik qaydaların xüsusiyyətlərindən bəhs olunub. Müəllimlər çoxsaylı tapşırıqları yerinə yetirib, özləri üçün faydalı məlumatlardan bəhrələnib. Bu isə tədbirin interaktiv şəkildə keçirilməsini təmin edib.
     Tədbirin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb. 

01-04-2022