Novruz  bayramınız mübarək!       

     Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər toplusunda Novruz bayramı özünəməxsus yer tutur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram insanlar arasında birliyin və mehribanlığın rəmzi, insanların bir-birinə mərhəmət, diqqət və qayğısının göstəricisidir. 
     Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. “Novruz”–hərfi mənada Yeni gün deməkdir. Keçmişimizin ən dərin qatlarından gələn bu bayram xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulub.  
     Hörmtli professor-müəllim heyəti, sevimli tələbələr və əməkdaşlarımız!
     Bu əziz bayram ərəfəsində universitetimizin rektorluğu adından Sizin simanızda bütün xalqımızı təbrik edir, hamıya xoşbəxtlik, firavanlıq, səadət arzulayırıq. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramınız mübarək! Qoy evləriniz, süfrələriniz bol ruzi-bərəkətli olsun, bütün çətinlikləriniz, ağrı-acılarınız köhnə ildə qalsın, üzünüzdən təbəssüm əskik olmasın!


 

28-03-2022