AzMİU ilə Dənizkənarı Bulvar İdarəsi arasında Əməkdaşlıq memorandumu imzalanıb


     Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Dənizkənarı Bulvar İdarəsi Publik hüquqi şəxs arasında təhsil, elm və ixtisasartırma sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun imzalanması zamanı Universitetin rektoru, professor Gülçöhrə Məmmədova, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri İlqar Mustafayev, İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov, İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva, Aparatın rəhbəri Çingiz Məmmədov, Tikinti, arxitektura, landşaft və dizayn şöbəsinin müdiri Ənvər Hacızadə də iştirak edib. 
     Bu Memorandum, kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, müvafiq ixtisaslar üzrə praktiki bacarıqların inkişaf etdirilməsi, tələbələrin yaradıcılığının inkişafına dəstək verilməsi, birgə elmi-praktiki tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun metodiki köməkliyin göstərilməsinə yönəlib.
Onu da vurğulamaq lazımdır ki, hazırda Dənizkənarı Bulvar İdarəsində tələbələrimiz kurs işi üzərində qrup halında çalışırlar.
 

31-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]