AzMİU-nun tələbələri HOLCİM Azərbaycan şirkətində  ekskursiyada olub


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri HOLCİM Azərbaycan ASC-də ekskursiyada olublar.  Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərovun rəhbərliyi ilə tələbələr şirkətdə yaradılması nəzərdə tutulan İnnovasiya Mərkəzinin yerləşdiyi əraziyə baş çəkiblər. Eyni zamanda HOLCİM Azərbaycanın Əlaqələr və davamlı inkişaf üzrə meneceri Rəna Tahirova da onlarla bərabər həmin sahədə olub. 
          V.Əskərov tələbələri təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırdıqdan sonra şirkətin Texniki sahələr üzrə mühəndisi, eləcə də layihənin rəhbəri Dəyanət Baxışəliyev onlara layihə haqqında məlumat verib. Ölçmə işləri aparmaq üçün anbara baxış keçirən tələbələr fərdi və ya qrup şəkilində anbarın ölçülərini götürüblər. 
         Məlumat üçün qeyd edək ki, Holсim Azərbaycan şirkəti AzMİU tələbələrini yeni yaradılacaq olan İnnovasiya Mərkəzi üçün “Ən yaxşı dizayn işi” müsabiqəsində iştiraka dəvət edib. Fərdi və ya qrup şəkilində müsabiqəyə qatılan 44 tələbə artıq qeydiyyatdan keçib.  

31-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]