Memarlıq fakültəsinin 1-ci kurs tələbəsi Aytac Vəzirovanın “Rəngli dünyası”


     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 1-ci kurs tələbəsi Aytac Vəzirovanın Universitetin Sərgi salonunda “Rəngli dünyam” adlı fərdi yaradıcılıq sərgisi təşkil edilib. Sərgidə Aytacın təsviri sənətin növlərindən olan boyakarlığın bir sıra formalarında, portret, mənzərə, natürmort janrlarında çəkdiyi rəsmlər və əl işləri nümayiş olunub. 
     Sərginin açılışında çıxış edən AzMİU-nun Tarix muzeyinin direktoru Gülmira Məmmədova gənc rəssam barədə məlumat verib, onun Bakı şəhərində keçirilən müxtəlif rəsm müsabiqələrində iştirak etdiyini, diplom və mükafatları olduğunu vurğulayıb. AzMİU rektorunun müşaviri İlham Mərdanov Aytacı fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Tədbirdə çıxış edən digər qonaqlar da gənc rəssama gələcək fəaliyyətində uğurlar arzulayıblar.  
     Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, qonaqlar sərgiyə baxıblar. Gənc rəssamın yağlı boya ilə işlədiyi “Yelkənli gəmi”, “Xəyallar dünyası”,  “Venetsiya”, “Yazın gəlişi”, “Bakı gecələri” adlı rəsmləri, karandaşla çəkdiyi portretlər, qrafika və dekorativ əl işləri iştirakçıların diqqətini cəlb edib. Onu da qeyd edək ki, sərgidə 70 rəsm əsəri, 15 əl işi nümayiş olunub. 
 

18-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]