İBİ Mərkəzinin əməkdaşları Creative Spark layihəsinin təşkilatçılığı ilə keçirilən “Ali təhsil müəsissələrində sahibkarlığın gücləndirilməsi” netvorkinq tədbirində iştirak ediblər
Martın 9-da İnnovativ Biznes İnkubator Mərkəzinin əməkdaşları ADA universitetində Creative Spark layihəsinin təşkilatçılığı ilə keçirilən “Ali təhsil müəsissələrində sahibkarlığın gücləndirilməsi” netvorkinq tədbirində iştirak ediblər. Tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, ADA universitetinin prorektoru professor Fariz İsmayılzadə, British Council-un Azərbaycan üzrə ölkə direktoru Fransis Qardener-Trejo çıxış ediblər. Hibrid formatda keçirilən tədbirdə Kent Universitetinin Aspire Mərkəzinin əməkdaşları da çıxış edərək yaradıcı sahədə sahibkarlıq bacarıqlarının inkişafı üçün tətbiq etdikləri bilik və bacarıqlarını paylaşıblar.
Tədbirdə yaradıcı sahədə uğur qazanmış Azərbaycan sahibkarları Nigar Köçərli (Ali&Nino), Əsmər Abdullayeva (ASMART Creative Hub), Rasmina Qürbətova (RəsmGallery) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Əmir Hüseynov (Urbanists Azerbaijan) çıxış edərək bu sahənin incəlikləri barədə məlumat veriblər.
Tədbir mövzuya dair sualların cavablandırılması ilə yekunlaşıb.