AzMİU-nun müəllimləri WORK4CE layihəsinin növbəti görüşündə iştirak ediblər


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri İspaniyanın Bilbao şəhərində Avropa Birliyi tərəfindən maliyyələşdirilən WORK4CE layihəsinin  növbəti görüşündə iştirak ediblər. 7 - 11 mart tarixlərində keçirilən görüşlərdə universiteti İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimi Sərxan Talıbzadə, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimləri İsa Muradov və Kənan Həsənov təmsil edir. 
     Görüşdə iştirakçılar görülən işlər barədə məlumatlar verir, hazırda olan modullar üzrə pilot dərs demək metodları ilə bağlı təqdimatlar edir və təlimlərə qatılırlar.  
     Məlumat üçün qeyd edək ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən WORK4CE- “XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompitensiyalar” layihəsinə AzMİU 2020-ci ildən qoşulub və layihə 2023-cü ilə qədər davam edəcək. Layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.

15-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]