Tədris prossesinin yaxşılaşdırılması məqsədilə silsilə təcrübə mübadiləsi təlimlərinə start verilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə 2021–2022-ci tədris ilinin yaz sessiyasına hazırlıq məqsədilə fakültələr üzrə silsilə təcrübə mübadiləsi təlimlərinə start verib. Təlimlərin keçirilməsində məqsəd tədris prossesinin yaxşılaşdırılması, müəllimlərin qabaqcıl təcrübələrinin paylaşılması və başqalarının faydalanmasından ibarətdir.
İlk təlim Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində keçirilib. Keyfiyyətə Nəzarət Mərkəzinin müdiri Rövşən Quliyev tədrisin keyfiyyətinin artırılması üçün keçirilən təlimlərin əhəmiyyətindən danışıb, özünün təklif və tövsiyələrini verib. Təlim Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədovun çıxışı ilə davam edib. Görüşdə bu mövzuda müxtəlif çıxış və müzakirələr də yer alıb.