2 fevral Gənclər Gününə həsr olunmuş tələbələr arasında keçirilən intellektual oyunda AzMİU-nun komandası qaliblərdən olub


     Azərbyacan Tibb Universitetində Nəsimi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və  "Consensus İntellectual Center"in birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında  2 fevral Gənclər Gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, "Consensus Intellectual Center"in koordinatoru Elvin  Əliyev və tələbələr iştirak ediblər.
     Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 2 Fevral Gənclər Gününün təsis olunması, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında  birmənalı olaraq  dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır.
     Çıxışlardan sonra 14 komandanın iştirak etdiyi yarışa start verilib. Yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) "Gauntlet" komandası təmsil edib.  Komandanın heyyətinə Rəhman Əbilov , Şamxal Cəbiyev , Abutalıb Talıbzadə , Nurəddin Bayramov , Orxan Abbaszadə və Nicat Zeynallı daxildir. 
     14 komandanın iştirak etdiyi yarışda Bakı Mühəndislik Universitetinin "Ədalətin BMU dünya" komandası I, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Gauntlet" komandası II, Azərbaycan Turizm və Menecment Universitetinin "Turist" komandası isə III yerə layiq görülüb. 
     Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

11-02-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]