Payız  semestrinin imtahan sessiyası artıq yekunlaşmaq üzrədir   

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanvarın 3-dən start verilən 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası artıq yekunlaşmaq üzrədir . Bütün fakültələri əhatə edən imtahanlarda bu günə qədər  bakalavr səviyyəsi üzrə yazılı 451 qrup üzrə 10440 tələbə, test imtahanlarında isə 759 qrup üzrə 17896 tələbə imtahan verib. 
         Magistr səviyyəsi üzrə 142 yazılı imtahanda 895 tələbə, 72 test imtahanında isə 562 tələbə iştirak edib. Bu il ilk dəfə olaraq magistraturada tələbələrin bilikləri şifahi şəkildə yoxlanılıb. Bu günə qədər 97 şifahi imtahanda 834 magistr iştirak edib. 
        Universitetin SABAH qruplarında bu günə qədər 16 şifahi imtahan keçirilib, həmin imtahanlarda 316 tələbə iştirak edib. 
        AzMİU-nun nəzdində yerləşən İnşaat Kollecində isə  40 qrup üzrə 206 imtahan keçirilib. Onlardan  115 test, 63 yazılı, 28 qabiliyyət tələb edən fənlərdən imtahan aparılıb.  
        İmtahanlarda daxili nizam-intizam qaydalarını pozan tələbələr dərhal imtahanlardan xaric edilib, işləri müəllim kordinatorlar tərəfindən yerindəcə ləğv edilərək, aktlaşdırılıb. 

07-02-2022