“Clarivate Analytics” şirkətinin nümayəndəsi: “Pandemiyaya baxmayaraq, AzMİU alimlərinin elmi məqalələrin sayında və onlara istinadların verilməsində müsbət dinamika  müşahidə olunur” 


            Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə Clarivate Analytics şirkəti Universitetin professor-müəllim heyəti üçün “Аналитическая система InCites: Возможности анализа публикационной активности организации” adlı onlayn formatda vebinar təşkil edib. Tədbirdə Universitetin 50-ə yaxın əməkdaşı iştirak edib. 
            Vebinarda çıxış edən “Clarivate Analytics” şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov Web of Science-in aləti InCites vasitəsilə müxtəlif elmmetrik analizlərin aparılması imkanları barədə məlumat verib. O qeyd edib ki, İnCites platforması həm ölkədaxili, həm də digər ölkələrin universitetləri ilə müxtəlif göstəricilər əsasında müqayisə etmə imkanına malikdir. “Təhlillərin məlumat mənbəyi kimi Clarivate Analytics-in nüfuzlu Web of Science verilənlər bazasından istifadə olunur”. 
            Valentin Boqorov AzMİU-nun əməkdaşları tərəfindən nəşr olunan məqalələrin təhlili, bu məqalələrə verilən istinadların izlənməsi və artırılması istiqamətində aparılan işlər haqqında da məlumat verib. Məlum olub ki, pandemiya şəraitindən asılı olmayaraq Universitetin son illər ərzində elmi məqalələrin sayında və onlara istinadların verilməsində müsbət dinamika müşahidə olunur. 
            Məruzəçi çıxışında Clarivate Analytics şirkətinin Elmi-tədqiqat şöbəsi ilə uğurlu əməkdaşlığı nəticəsində Universitetin Web of Science-da olan profilinin  çox dəqiq və dolğun olmasını xüsusi vurğulayıb. Vebinarın sonunda professor- müəllim heyətini maraqlandıran suallar cavablandırılıb. 
 

03-02-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]