AzMİU-da imtahan sessiyası uğurla davam edir

                   
           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.
          Məlumat verdiyimiz kimi,  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.  İmtahan hər gün səhər saat 10:00-dan etibarən başlayır və günün müəyyən olunmuş saatlarına uyğun imtahan qrafiki ilə davam edir. Gün ərzində 1000-1200 tələbə imtahan verir.  İmtahan prosesinə nəzarət etmək məqsədi ilə  universitet daxilində xüsusi işçi qrupu da formalaşdırılıb. Bu qrup universitetin müəllim və əməkdaşlarından təşkil olunub ki, onlar yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işlərini yerinə yetirirlər.
          Universitetdə keçirilən imtahanlar yazılı və test üsulu olmaqla iki şəkildə aparılır. İmtahanların cavablarını isə tələbə elə həmin gün əldə edir.
           Qeyd edək ki,  AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prossesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə   İmtahan Qərərgahı, imtahanların qiymətləndirilməsi ilə bağlı şikayətlərin baxılması üçün isə AzMİU-nun rektorluğu yanında Münaqişə Komissiyası yaradılıb. 

03-02-2022