AzMİU-nun komandası yunan-roma güləşi üzrə açıq turnirin qalibi olub

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İdman kompleksində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yunan-roma güləşi üzrə açıq turnir keçirilib. Turnirdə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Təhsil İdman Cəmiyyəti, AzMİU-nun və onun nəzdindəki İnşaat Kollecinin komandaları iştirak edib.  
     51 güləşçinin gücünü sınadığı turnirdə I yeri AzMİU-nun komandası, II yeri Azərbaycan Texniki Universitetinin komandası, III yeri isə AzMİU-nun nəzdindəki İnşaat Kollecinin komandası qazanıb. 1-ci yeri qazanan tələbələrimiz Fizuli Gözəlov,  Rəşid Şirinbəyli, Qafqaz Əsgərli, Nihad İsmayılov, Elmin Mehdiyev, Arzu Heydərovdur. II yerə 7 güləşçimiz, III yerə isə 4 güləşçimiz layiq görülüb. 

29-12-2021