ST və MKS fakültəsində İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkilatçılığı ilə ölkə prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Dəmir Yumruq” mövzusunda tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, ictimai təşkilatlarının nümayəndələri və tələbələr iştirak edib. 
          Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş nitqi ilə açan fakültənin dekanı  Zakir Musayev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dövlət başçısının “Dəmir Yumruq” siyasətindən, Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən danışıb. Bildirib ki, İlham Əliyev bütün mənəvi, intellektual, humanist, ümumbəşəri keyfiyyətlərinə görə, özündə azərbaycançılığın nümunəvi obrazını yaratdığına görə, Azərbaycan cəmiyyətində özünə ümumxalq məhəbbəti qazanıb.
          AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzələiyev də çıxışlarında ölkə prezidentini doğum günü münasibəti ilə təbrik edib, dövlətimizin daha da qüdrətlənməsi uğunda apardığı mübarizədə ona uğurlar arzulayıblar. Tədbirdə gənclərin ifasında mahnılar səsləndirilib, Vətən müharibəsinə həsr olunmuş videoçarx və Prezident ilham Əliyevin Qələbə çıxışından fraqmentlər nümayiş olunub. 
 

27-12-2021