AzMİU-nun doktorantı Türkiyədə təcrübə keçib



           Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında bağlanmış Əməkdaşlıq memorandumuna əsasən Nəqliyyat və logistika kafedrasının müəllimi, Ekologiya kafedrasının doktorantı Azər Qasımzadə 1 ay müddətinə adıçəkilən universitetdə doktorantura təhsili ilə əlaqədar müxtəlif dərslərdə iştirak edib, professorlarla məsləhətləşmələrə qatılıb və bir neçə şirkətin qonağı olub. 
          Səfərdə məqsəd “Azərbaycanda istismara yararsız avtomobillərin təkrar emalı və utilizasiyasının ekolojik və iqtisadi aspektəri” mövzusunu araşdırmaq, bu istiqamətdə Türkiyə və Avropa  təcrübəsini öyrənmək və bu təcrübələri ölkəmizdə tətbiq etməyin mümkünlüyünü təhlil etmək olub. Səfər zamanı Yıldız Texnik Universitetinin Çevre mühendisliyi bölüm başkanı  professor Guleda  Engin, Mekatronik bölüm başkanı professor Haydar Livatyalı və Makina bölümünden  dosent Orkun Özener AzMIU-nun doktorantına yaxından kömək ediblər. Səfər şərçivəsində o, Türkiyənin Düzce şəhərində yerləşən “Beker-Recycle atık yönetimi” ve “Otomotiv geri dönüşüm” və “Ötasad - ömrünü tamamlamış araç sanayicileri derneği”ndə, həmçinin, İstanbul şəhərində “Ekosistem geri dönüşüm merkezi”ndə təhsil turuna qatılıb, avtomobil utilizasiyası prosesi ilə yaxından tanış olub. 
 

23-12-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]