Tələbələr arasında sorğu keçirilib

        Azərbaycan Memarlıq və İnşaat Universtetində (AzMİU) tədrisin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə tələbələr arasında sorğu keçirilib. 100-ə yaxın tələbənin iştirak etdiyi sorğuda dərslərin keyfiyyəti ,universitetdə yaradılan şərait və təhsilin peşə yönümlülüyü barədə suallar yer alıb. Eyni zamanda tələbələr istehsalat təcrübələri, karyera imkanları, kitabxana və dərs materiallarının kefiyyətinə dair suallara da cavab verib, öz fikirlərini qeyd ediblər.
       Sorğunun yekunlarına dair keçirilən seminarda AzMİU-nun Materialşünaslıq kafedrasının müdirü İradə Şirinzadə, kafedranın müəllimi İqbal Fərmanov,  Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili iştirak edib. Tələbələrə bu cür sorğuların vacibliyi və əldə olunmuş nəticələrə uyğun keyfiyyətin artırılması üçün görüləcək işlərdən danışıblar. Seminarın sonunda sorğuda aktiv iştirak etmiş tələbələrdən Cavid Cavadov, Gülsüm Ağayeva, Məryəm Cəfərova, Mirhüseyn Cəfərov diplom və hədiyyələrlə mükafatlandırılıb.
 

22-12-2021