AzMİU əməkdaşı Orhun mübadilə proqramının koordinatorlarının onlayn toplantısına qoşulub 


     Türk Şurası Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramının koordinatorlarının onlayn toplantısı keçirilib. Toplantı Orhun mübadilə proqramının baş koordinatoru olan Qırğızıstan-Türkiyə Manas Universitetinin təşkilatçılığı və Türk Universitetlər Birliyinə üzv universitetlərin koordinatorlarının iştirakı ilə baş tutub. Tədbirdə AzMİU-nu universitetin Xarici əlaqələr şöbəsinin müdir müavini və Orhun Mübadilə Proqramının universitet üzrə koordinatoru Könül Şirinova təmsil edib.   
     Görüşdə 2017-ci ildən pilot layihə olaraq beynəlxalq münasibətlər və siyasət elmləri ixtisasları ilə həyata keçirilən mübadilə proqramının 2021–2022-ci tədris ilindən tərəfdaş universitetlərin təqdim etdikləri ixtisaslar üzrə həyata keçirilməsinə qərar verildiyi açıqlanıb, tələbə və müəllim mübadiləsində nəzərə alınmalı məqamlar barədə geniş məlumat verilib. Görüşün sonunda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
     Qeyd edək ki, Orhun Mübadilə Proqramında Azərbaycandan 5, Qazaxıstandan 6, Qırğızıstandan 6, Macarıstandan 1, Özbəkistandan 4, Türkiyədən 12 universitet iştirak edir. Layihə çərçivəsində yaxın günlərdə elan veriləcək və 24 dekabr-6 yanvar tarixlərində müəllim və tələbələrin müraciətləri qəbul olunmağa başlayacaq.  

 

20-12-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]