Ölkə prezidenti Memarlıq fakültəsinin müəllimlərini təltif edib

         Prezident İlham Əliyev Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memarın təltif edilməsi haqqında Sərəncam imzalayıb. Həmin memarlar arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri də var. Sərəncama əsasən memarlıq sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Əməkdar memar” fəxri adı ilə
Hacıyeva Səbinə Xalid qızı
Qəhrəmanova Şəhla Şex Əli qızı
 
3-cü dərəcəli “Əmək” ordeni ilə
Dadaşov Siyavuş Əbdül Xalıq oğlu
Əbdülrəhimov Ramiz Həmid oğlu

“Tərəqqi” medalı ilə
Axundova Sürəyya Əlifağa qızı
Hüseynov Emir Fikrət oğlu
Səmədov Rövşən Yaşar oğlu
Yusifli Nərmin Oğuz qızı

23-12-2021