AzMİU-da “Yaradıcı düşün və ideyanı yarat” mövzusunda Bootcamp keçirilib
Dekabrın 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnnovativ Biznes İnkubator Mərkəzi (İBİ) “Yaradıcı düşün və ideyanı yarat” (Think creatively and generate ideas) mövzusunda Bootcamp keçirdib. Böyük Britaniyanın London South Bank Universiteti (LSBU) ilə birlikdə keçirilən Bootcamp onlayn formada təşkil olunub. Bootcamp 30 nəfərdən artıq müəllim və tələbə iştirak edib. İBİ rezidentləri birbaşa mərkəzdən qoşulublar. Təlimin spikeri Peter Harrington parlaq ideyanın yaradılması və generasiyası barədə maraqlı təqdimatı ilə müəllim və tələbə kontingentinin diqqətini cəlb edib. Peter Harrington hər bir iştirakçıya yüksək motivasiyaya sahib olmağın və ideyanı təqdim edən zaman özündən əmin olmağın yollarını izah edib.
Təlimin sonunda mövzu ətrafında iştirakçılarla müzakirələr aparılıb və təlimçiyə çoxlu sayda suallar ünvanlanıb.