AzMİU ölkəmizin texniki universitetləri arasında dünya reytinqinə daxil olan yeganə universitetdir
Böyük Britaniyanın Reytinq Təşkilatı “Quacquarelli Symonds” (QS) dünyanın ən tanınmış reytinq bazalarından biridir. QS dünya universitetlərinin qlobal reytinqi ilə bərabər bir sıra regional (Asiya, Latın Amerika, Ərəb regionu, EECA – İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya) reytinqlər də tərtib edir. Nüfuzlu reytinq cədvəlində dünyanın böyük, tanınmış universitetləri siyahısına Azərbaycandan 7 universitetin də adı salınıb.
QS reytinq təşkilatının “İnkişaf Etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu (EECA) üzrə reytinq cədvəlində AzMİU 5 ildir ki yaxşı universitetlər arasında qərarlaşır. 2021-ci ildə universitet 401-450-ci yerdə qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri olan QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.
“QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2022