“Nizami Gəncəvi ili”  çərçivəsində elmi seminar keçirilib


     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi və “Nizami ili” ilə əlaqədar seminar keçirilib. Universitetin Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə keçirilən seminarda Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin baş müfəttişi Əminə Ağayeva, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi Roza Vəlibəyova, Zemfira Cəlilova, Ruhəngiz Məmmədova və  tələbələr iştirak ediblər. 
     Tədbiri giriş nitqi ilə açan Azərbaycan dili və pedaqogika kafedrasının müəllimi Xəyalə  Rəsulzadə ölkə Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini, bu günki seminar ın da həmin tədbirlərdən biri olduğunu  diqqətə çatdırıb. X.Rəsulzadə böyük şairin irsinin öyrənilməsi, araşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görülən genişmiqyaslı işlərdən danışıb, hazırda ölkə Prezidentinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər planı haqqında ətraflı məlumat verib. 
     Tədbirdə Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Hayriyye Akkuş, Sueda Uğur, 901a2 qrupunun tələbələri Eylül Rabia Keskin, Abdüssemed Genç, Farida Ahmadi (əfqan), Erkan Akkuş çıxış edib.
 

10-12-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]