AzMİU-nun müəllim və tələbələri ADA Universitetində keçirilən Tələbə Forumunda iştirak ediblər 

           "British Council” təşkilatının Azərbaycandakı ofisi ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinin tələbələri və gənc məzunları arasında sahibkarlıq bacarıqlarının inkişafına həsr olunan “Creative Spark” proqramı üzrə tələbə forumu təşkil edib. Forumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova və mərkəzin rezidentləri iştirak ediblər. 
           Forumda sahibkarlıq təhsili, tələbə fəaliyyəti və uğurlu sahibkarlığa aparan bacarıqlar haqqında fikirlər bölüşülüb. ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova, “British Council” təşkilatının Azərbaycan ofisinin direktoru Frensis Qardener-Trexo, “British Council”in marketinq meneceri Eynar İliyev  və başqaları “Creative Spark” proqramı haqqında ətraflı məlumat verib, forum iştirakçılarının suallarını cavablandırıblar.
          Forum öz işini çıxışlar və müzakirələrlə davam etdirib.

04-12-2021