İnnovativ Biznes İnkubator Mərkəzinin rezidenti olan “STUSE” layihəsi “EdTech Startap” müsabiqəsinin final mərhələsinə yüksəlib
Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə tələbələr arasında “EdTech Startap” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır. Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak ediblər. Universitetimizin tələbələri Asəf Allahverdiyev və Xəyal Şəriflinin “STUSE” layihəsi 244 komanda arasından seçilərək finala vəsiqə qazanan 10 komandadan biri oldu. Komandamız onlar üçün təyin olunan mentor ABB İnnovasiya Mərkəzinin rəhbəri Leyla Hacıyeva ilə layihəni final tədbirinədək təkmilləşdirə biləcəklər.
“EdTech” müsabiqəsi haqqında daha ətraflı məlumat almaq üçün http://edtechstartup.az/ internet səhifəsinə müraciət etmək mümkündür.