Tələbələrin diqqətinə!

     ANLAŞMA MEMARONDUMU ÇƏRÇİVƏSİNDƏ TÜRKİYƏNİN ORTA DOĞU TEXNİKİ UNİVERSİTETİNDƏ BİR SMESTER TƏHSİL ALMAQ ÜÇÜN BİR BAKALAVR VƏ YA MAGİSTR YERİ ELAN OLUNUR (TƏQAÜDSÜZ)

     MÜRACİƏT müddəti: 1 dekabr 2021- 25 dekabr 2021

     Namizədlər üçün tələblər:

     Bakalavrlar üçün tələb olunan minimum təhsil müddəti: Namizədlər ODTU-ya başlamazdan əvvəl öz universitetlərində ən azı 1-ci kursu bitirməldirlər.

- OTDU aşağıdakı hallarda Magistr/ doktorantları qəbul edə bilər:

a) OTDU-də kurs götürməli

b) Tələbə (özü) OTDU-da ona rəhbərlik etməyə hazır olan elmi rəhbər tapmalıdır. Bu halda, tələbə ərizə müddəti ərzində həmin elmi rəhbər, mübadilə koordinatoru və kafedra müdiri tərəfindən imzalanmış qəbul məktubu (onlayn tələbə ərizə sistemindən yükləyə bilərsiniz) təqdim etməlidir. Bu sənəd olmadan tələbə ODTU-də tədqiqat apara bilməyəcək. Nəzərə alınsın ki, OTDU-nun beynəlxalq əlaqələr şöbəsinin tədqiqatçı tələbələrə akademik rəhbər təyin etməsi mümkün deyil.

     ODTU-də bütün səviyyələrdə və bütün proqramlarda tədris dili ingilis dilidir. Bu səbəbdən müraciət edən tələbələr CEFR görə minimum B1 səviyyəsini təsdiq edən ingilis dili sertifikata (universitetdə təşkil olunmuş daxili imtahanın nəticəsi və ya beynəlxalq səviyyədə tanınan İngilis dili serifikatı) malik olmalıdırlar.

     TƏLƏBƏLƏR ÜÇÜN MÜRACİƏT Prosesi

     Rəsmi namizədlikdən sonra onlayn müraciət üçün link müraciət edənlərə göndəriləcəkdir.

     Müraciət edənlərdən ərizələrini aşağıdakı sənədlərlə birlikdə təqdim etmələri xahiş olunur:

- Qiymətlər barədə Transkriptin tərcüməsi (İngilis dilində)

- Pasport / Şəxsiyyət vəsiqəsinin surəti

- İlkin kursu forması (onlayn tətbiqetmə sistemindən yükləyə bilərsiniz)

- Gələn tədqiqatçı tələbə bərədə təsdiq sənədi (yalnız tədqiqat aparacaq magistr vədoktorantlar üçün)

     Zəhmət olmasa bütün sənədləri eyni zamanda, ayrıca əlavələr şəklində təqdim edin.

     Tələb olunan sənədlərin aydın, skan edilmiş versiyasını PDF formatında təqdim etməyinizi xahiş edirik.

     Kursları müvəfəqiyyətlə tamamlayan tələbələr kredit (ECTS) alacaqlar.

     Mübadilə tələbələri OTDU tərəfindən müəyyən edilmiş səviyyədə, OTDU-da təklif olunan hər hansı bir akademik proqrama müraciət edə bilərlər.

     Kurslar barədə məlumat almaq üçün link: https://oibs3.metu.edu.tr/View_Program_Course_Details_64/

01-12-2021