Debat klubunun üzvləri qalib gəlib

         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İntellektual Mərkəzinin Debat klubunun Memarlıq fakültəsinin şəhid məzunu Ramil Ağayevin xatirəsinə həsr olunmuş turniri keçirilib. 2 həftə keçirilən turnirin qalibi “İnferno” komandası olub. Çempion “İnferno” komandası finalda “Nırvana” komandasına qalib gəlib. 
         Turnirin sonunda 1, 2, 3-cü yerlərin qalibləri diplom, medal və hədiyyələrlə təltif olunublar. Məlumat üçün qeyd edək ki, bu gün keçirilən qarşılaşmada çempion komandanın spikerləri Murad Mirzəzadə, Şəhla Abdullayeva və Əkbər Hüseynov olub. 
         Komandanın bütün üzvlərini təbrik edir, gələcək turnirlərdə uğurlar arzulayırıq. 
 

29-11-2021