Tələbələrimiz qan testi veriblər


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə bu gün tələbələr qan testi veriblər. Respublika QİÇS Mərkəzinin həkim briqadasının iştirakı ilə keçirilən aksiyada 200-ə yaxın tələbə könüllü şəkildə iştirak edib. Aksiyada tələbələr pulsuz testlərdən keçib, İİV/QİÇS infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında geniş məlumat alıb. 
          Aksiyanın keçirilməsində məqsəd gənclərin sağlamlığı və yoluxucu xəstəliklərdən İİV- QİÇS-dən  vaxtında qorunmasını təmin etməkdir. 
          Məlumat üçün bildirək ki, QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) virusu hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən ən təhlükəlisidir. İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QİÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümlə nəticələnir.
 

23-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]