Memarlıq fakültəsinin tələbələrinə “Bərpa olunan enerji texnologiyalarının müasir memarlığa təsiri” adlı seminar keçirilib
Noyabrın 17-də İnnovativ Biznes İnkubator Mərkəzi, Bərpa Olunan Enerji Mənbələri Agentliyi (BOEMA) və Dayanıqlı Azərbaycan Naminə Milli Alyansının (DANMA) birgə təşkilatçılığı ilə Memarlıq fakültəsinin tələbələrinə “Bərpa olunan enerji texnologiyalarının müasir memarlığa təsiri” adlı seminarı keçirilib.
Seminarın spikeri BOEMA-nın Monitorinq və Məlumatların emalı şöbəsinin müdiri Rasim Məmmədov ekologiyanın dayanıqlığının təmin olunması üçün bərpa olunan enerji texnologiyalarının vacibliyinə, bu texnologiyaların şəhər və kənd infrastrukturunun memarlığına inteqrasiyasının üsul və vasitələri barədə dolğun məlumatlar verib.
Seminarın daha geniş auditoriyaya çatdırılması məqsədi ilə DANMA tədbirdən birbaşa canlı yayım edib.