İnnovativ Biznes İnkubatorun əməkdaşları universitetin gənc müəllimləri üçün seminar keçirib

          Noyabrın 16-da İnnovativ Biznes İnkubator Mərkəzi və İxtisasartırma fakültəsinin təşkilatçılığı ilə universitetin gənc müəllim heyətinə “Tələbələrdə innovativ biznes ideyaların yaradılmasına təşviq” adlı seminar təşkil olunub. Seminarın təlimçiləri İBİ-nin rəhbəri Nəsibə Əmirbəyova və mərkəzin mütəxəssisi Ramin Əkbərov gənc müəllimlərə tələbələrdə biznes ideyaların formalaşdırılması, innovativ biznesin üstünlükləri, startapların mərhələləri, uğur əldə etmənin yolları və dünya startaplarının inkişaf tendensiyası barədə ətraflı məlumat veriblər. Onlayn formatda keçən seminar qarşılıqlı müzakirələr əsasında yekunlaşıb.  
 

24-11-2021