Nəqliyyat fakültəsində şəhid tələbəmizin valideynləri ilə görüş keçirilib


     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin şəhid tələbəsi Kəmaləddin Məmmədzadənin valideynləri ilə görüş keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
     Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov 44 günlük Vətən müharibəsində Vətən oğullarının şücaətindən, göstərdikləri qəhrəmanlıqlardan danışıb, şəhidlərin xatirəsini ehtiramla anıb. Fakültənin şəhid və qazilərinə həsr olunmuş video-rolikin nümayişindən sonra fakültənin dekanı Elçin Yusifzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, fakültənin qazi tələbələri çıxış edib, xatirlərini paylaşıblar, şəhidlərin hər zaman yad olunacağını, xatirələrinin bu kimi tədbirlərlə əziz tutulacağını söyləyiblər. 
     Şəhidin valideyinləri də övladları ilə bağlı xatirələr söyləyblər, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür ediblər. Görüşün sonunda görüş iştirakçıları universitetimizin şəhidlərinin xatirəsini əbədiləşdirən Şəhidlər guşəsinə tər güllər düzüb, xatirələrini anıblar.

05-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]