Şəhid məzunumuzun xatirəsinə həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib


               
          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) şəhid məzunu Nurlan Zeynallının xatirəsinə həsr olunmuş fakültələrarası “Zəfər” adlı şahmat  turniri keçirilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə keçirilən bu yarışda şəhidin valideynləri iştirak ediblər.
       Yarışdan əvvəl 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.  Nurlanın atası şəhidlərə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, ST və MKS fakültəsinin dekanlığına, THİK-ə təşəkkür edib, gənclərə yarışda uğurlar arzulayıb.
         Böyük həyəcan və maraqla keçən yarışın hakimi Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Söhbətdin Məmmədov, hakimlər Sevda Qurbanova və Mübariz Səmədli olublar.  Tələbələr komandalar şəklində mübarizə aparıblar. Birinci yerə ST və MKS,  2-ci yerə Tikinti-iqtisad, 3-cü yerə İnşaat fakültəsinin komandası çıxıb. 
Qaliblərə diplom və hədiyyələr təqdim olunub.  
 

15-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]