“SABAH.lab” Akselerasiya Mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün təqdimat keçirib

          2 noyabr 2021-ci il tarixində Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “SABAH.lab” Akselerasiya Mərkəzi İnnovativ Biznes İnkubasiya Mərkəzinin rezidentləri ilə görüşüb. 
          Təqdimatlarda spiker qismində “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, BirTika-nın həmtəsisçisi Fərəh Məmmədli, IBM əməkdaşı Petras Slekys və Wolt Azərbaycanın keçmiş meneceri Fuad Babayev  çıxış ediblər.
Spiklerdən Rəhim Bayramlı “SABAH.lab təqdimatı”, Fərəh Məmmədli “Sahibkar olmaq və startap mədəniyyətinin düzgün formalaşdırılması”, Fuad Babayev “Azərbaycanda uğurlu startapın başlaması və prosesdə öyrənilən məqamlar” və Pertas Slekys “Startapın inkişafı və Agile fəlsəfəsi” mövzularında təqdimatlar edilib. 
          Görüş panel müzakirələr ilə davam edib və tələbələr spikerlərə maraqlı suallar ünvanlayıblar.
          Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində “SABAH.lab” Akselerasiya Mərkəzinin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edib.

15-11-2021