AZMİU-da “WORK4CE” layihəsinin monitorinqi keçirilib


       Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ev sahibliyi ilə tərəfdaşı olduğu Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən WORK4CE layihəsinin monitorinqi keçirilib. Monitorinq Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və tərəfdaş universitetlərdən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndə heyətinin iştirakı ilə baş tutub.  Görüşdə AzMİU-nu Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Beynəlxalq proqramlar və layihələr sektorunun müdiri İsa Muradov təmsil edib.              

           Görüşdə layihənin iştirakçıları çıxış  edərək layihə ilə bağlı görülən işlər, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar barədə məlumat verdilər.

          Qeyd edək ki, AzMİU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən WORK4CE - “XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompitensiyalar” layihəsinə 2020-ci ildən qoşulub. 2023-cü ilə qədər davam edəcək layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.

20-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]