Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi adlı Erasmus+ layihəsi iştirakçıları üçün yekün konfrans keçirilib


Oktyabrın  11-də tarixində Bakı Biznes Universitetinində koordinatoru-rəhbəri olduğu Avropa  Komissiyası tərəfindən maliyyələşdirilmiş Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi adlı Erasmus+ layihəsi iştirakçıları üçün yekün konfrans keçirilib.  Avropanın 5 universiteti o cümlədən, İspaniyanın Alikante Universiteti, İngiltərənin Middlesex universiteti, Litvanın SMK Tətbiqi Elmlər Universiteti və EKT Akkreditasiya Təşkilatı, İsveçdən KHT Kral Texnologiya İnstitutu  və Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərin nümayəndələrinin iştirakı ilə 4 il müddətində layihə çərçivəsində görülmüş işlər barədə yekun hesabatı verilib.  Bu tədbirdə Universitetimizi strateji planlaşdırma şöbəsinin  müdiri Türkan Əliyeva və həmən şöbənin nümayəndələri böyük mütəxəssis Məmmədova Valeriya və mütəxəssis Hüseynova Zeynəb təmsil etib.

26-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]