AzMİU-nun nəzdində Təmiz Şəhər Mərkəzində maarifləndirici seminar keçirilib


           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələri üçün maarifləndirici seminar keçirilib. 
          “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin  ətraf mühit üzrə mühəndisi Cahangir Məmmədzadə  tərəfindən keçirilən seminarın mövzusu “Bərk məişət tullantılarının idarə edilməsi” olub. “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminarda tələbələrə Bərk məişət tullantılarının (BMT-nın) idarə edilməsi prinsipləri istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib. Həmçinin, BMT-nın əmələ gəlmə həcmlərinin azaldılması, təkrar istifadə, çeşidləmə, enerji qənaəti, resurslardan daha səmərəli istifadə haqqında əhatəli məlumat verilib. Şirkətin həyata keçirdiyi “Təmiz Qala”, “Balaxanı Sənaye zavodu”  və digər layihələrdən də tələbələrə məlumat verilərək, BMT-nın idarə edilməsi istiqamətində Balaxanı Sənaye parkının xüsusi rolundan danışılıb. Prezentasiya ilə təqdim olunan mövzu tələbələrin marağına səbəb olub.
        Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin mühəndisi tərəfindən mövzu tələbələrə prezentasiya ilə təqdim edilib. Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
          Onu da bildirək ki,  AzMİU “Təmiz Şəhər” Mərkəzində aparılan seminarlar mühazirəyə  uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə edillər.

 

01-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]