AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) koronavirus (COVID -19) infeksiyasına qarşı əsaslı dezinfeksiya işləri aparılıb. Universitetin bütün tədris binaları, konfrans və akt zalları, auditoriyalar, kitabxana, oxu zalları, dəhlizlər, yeməkxana və digər ərazilər dezinfeksiya olunub. 
          Bakı şəhər Dezinfeksiya Stansiyasının Yasamal rayon şöbəsinin əməkdaşları tərəfindən aparılan dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.
         Son günlər ali və orta təhsil müəssisələrində koronavirus xəstəliyinə yoluxma hallarının artması səbəbindən AzMİU-da dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilib. Tələbələr arasında tibbi proflaktik tədbirlər aparılıb, tədris binalarında məlumatlandırıcı lövhələrin sayı artırılıb, virusla bağlı qabaqlayıcı tədbir olaraq universitetin bütün korpusları, bütün mərtəbələr dezinfeksiyaedici məhlullarla təmin olunub.
            

03-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]