Bütün tam ştatda işləyən müəllimlərin  nəzərinə!


          Növbəti təqvim ili üçün ənənəvi olaraq Universitetimizdə “Daxili qiymətləndirmə” sistemi vasitəsi ilə tam ştatda olan müəllimlərin maaşına bonus əlavə olunacaq.
          Qiymətləndirmə sistemində 4 blok əsas götürülür: elmi-tədqiqat fəaliyyəti, professional inkişaf, pedaqoji fəaliyyət və rəhbərlik və tələbələrin qiymətləndirməsi.
          Müəllimlər formanı doldurub [email protected] ünvanına göndərməlidirlər. 
          Sübutedici sənədləri isə toplayıb həm elektron formada, həm də Strateji planlaşdırma şöbəsinin 113-cü otağına təqdim etməlidirlər. Sənədlər formada göstərilən bütün kriteriyalara uyğun olmalıdır. 
          Formanı yükləmək üçün universitet saytında:
                           Universitet       Strateji planlaşdırma şöbəsi          Daxili qiymətləndirmə
bölümünə daxil olmalıdırlar. 
        Əlavə suallarınız üçün əsas korpus 113-cü otağa və yaxud 609 nömrəsinə zəng edərək müraciət edə bilərsiniz.
Bütün müraciətlər noyabr ayının 1-dən 30-dək olunmalıdır. Bu tarixdən sonra sənədlərə cari tədris ilində baxılmayacaq.
         Qeyd: 1 noyabr 2020-ci il tarixindən 30 noyabr 2021-ci il tarixinədək olan sənədlər qəbul olunur. 
 

20-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]