AzMİU tələbələri Qənimətlər Parkında olublar


                 
           Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə bir qrup fəal tələbə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
           Tələbələr açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb olub. 
            İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən park la bağlı təəssüratlarını tələbələrlə bölüşən AzMİU THİK-in sədri Bayram Aslanov vurğulayıb ki, Hərbi Qənimətlər Parkı gənclərin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayacaq. 
            Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, KUB zenit-raket kompleksi, düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları nümayiş olunur. 
 

22-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]