SOCAR "Ödənişli İstehsalat Təcrübəsi Proqramı"


Hörmətli məzun və magistr tələbələrimiz, 
Sizi, SOCAR "Ödənişli İstehsalat Təcrübəsi Proqramı" ilə əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək görüşə dəvət edirik. Görüş, 14.10.2021-ci il saat 15:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. 

Aşağdakı ixtisaslar üzrə təhsil almış, yalnız son 3 (üç) ilin məzun və magistr tələbələri görüşdə iştirak edə bilər.

Tələb olunan ixtisasların siyahısı:
Bakalavr pilləsi üzrə:

İnşaat mühəndisliyi;
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi (2019-cu ilin məzunu olduqda)
 
Magistratura pilləsi üzrə:

İnşaat mühəndisliyi
- Sənaye və mülki tikinti
- Bina və qurğuların tikintisinin təşkili və texnologiyası
Neft-qaz qurğuları mühəndisliyi
- Dəniz hidrotexniki qurğuları tikintisi
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

Qeyd: Öncədən qeydiyyat vacibdir.

Qeydiyyat üçün link: https://forms.gle/mR9i9BEjjJQL3oSr6

 
“Ödənişli İstehsalat Təcrübəsi Proqramı” haqqında qısa məlumat:

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, komandada işləməyi bacaran, yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır.
Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulmuşdur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa KEB-də olan namizədlərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.

Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:
Azərbaycan Respublikasının vətəndaşı olmalı;
Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
Tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində təhsilini bitirmiş məzunlar, həmçinin magistratura pilləsində təhsilini davam edən tələbələr iştirak edə bilərlər.

Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri, SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr.

16-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]