Brandenburq Texniki Universitetinin əməkdaşı AzMİU-da mühazirə oxuyub

    Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və  mühəndis kommunikasiya sistemləri fakültəsində Almaniyanın Brandenburq Texniki Universitetinin əməkdaşı Eduard Volker “Suda üzən binaların tikintisi və enerji təchizatı” mövzusunda mühazirə ilə çıxış edib.

Tədbirdə dekanlığın, eləcə də fakültədəki kafedraların əməkdaşları ilə bərabər Universitetin İnşaat konstruksiyaları və Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedralarının əməkdaşları da iştirak ediblər.

Sonda E.Volker tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.  

 

20-10-2021