Tələbə və məzunlar üçün konsultasiya  istiqamətli silsilə onlayn görüşlərə start verilib


       Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzi tərəfindən konsultasiya istiqamətli görüşlərə start verilib.  İştirak edən tələbə və məzunlar üçün  “Zoom” platforması üzərindən təşkil olunan görüş 3 mərhələdən ibarət olacaq. Bu gün keçirilən ilk görüşdə mərkəzin müdiri Xanlar Qəniyev və mərkəzin böyük mütəxəssisi Afaq Sadiqova tələbələrə karyera yolunda ilk addım olaraq CV-lərin düzgün tərtib edilməsi qaydalarını izah ediblər, CV hazırlanması zamanı onlayn resurslardan necə istifadə etmələri haqqında qısa məlumatlar veriblər. Bununla bağlı video izahat - nümayiş olunub. Eyni zamanda ən çox yol verilən səhvlərə dair vacib məsələlərə toxunularaq, müzakirələr aparıblar.

     Görüşün davamında tələbələrə növbəti təlimlərdə öz ixtisasları istiqamətində uyğun və real iş axtarışına başlamaları, həvəsləndirici məktubun (motivation letter) yazılması barədə onlayn təlim keçiriləcəyi məlumatı verilib. 

          Qeyd edək ki, mərkəz tərəfindən təşkil olunan belə görüşlərin  əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və qarşıya çıxa biləcək problemlərin həllində onlara yardımçı olmaqdır.    

16-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]