AzMİU əməkdaşları “Erasmus+ KA2” proqramı çərçivəsində işgüzar görüşə qatılıblar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xariçi əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və Beynəlxalq layihələr sektorunun müdiri İsa Muradov Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “WORK4ACE” layihəsi əsasında keçirilən ilk işgüzar görüşə qatılıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutan görüşdə yerli layihə üzvləri – Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, həmçinin Erasmus Azərbaycan ofisinin rəhbərliyi iştirak edib.
Görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, görüləcək işlərin planı və layihə çərçivəsində yeni modul proqramının yaradılması istiqamətində müzakirələr aparılıb. İştirakçılar iclasın sonunda iş bölgüsünü aparıb və gələcək görüşlər haqqında razılığa gəliblər.