AzMİU-nun İBİ mərkəzinin əməkdaşları “Startup School”da uğurla iştirak ediblər
İnnovasiyalar Agentliyi və “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş 3 aylıq, 2 hissəli “Startup School” proqramı uğurla başa çatıb. AzMİU-nun İBİ mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova və mərkəzin mütəxəssisi Ramin Əkbərov “Startup School”da uğurla iştirak ediblər. Bu müddət ərzində iştirakçılar Biznes model "kanvas"a giriş”, "Şirkət nədir”, “Bazar analizi”, “Müştəri seqmenti və Market Fit” strategiyaları və s. mövzularla tanış olublar. Proqramda istifadə olunan materiallar beynəlxalq səviyyədə tanınmış mərkəz və universitetlərin proqramları əsasında hazırlanıb. Həmin materiallar “MIT”, Harvard Business Review, Stanford University, “Y Combinator” və “Medium” platforması üzərindən real təcrübə əsasında yazılmış müxtəlif təyinatlı bloq və digər startapların rastlaşdığı hallara istinad edilmişdir.
Startap Məktəbinin üzvlərinə uğurlar arzulayırıq.