Tələbələrimiz Big Idea yarışmasının qaliblərindən oldular


            British Council şirkətinin 2021-ci ilin genişmiqyaslı “Creative Spark Big Idea Challange-2021 (CSBIC-2021) yarışmasının 5-18 iyul tarixlərində keçirilən səsverməsinin nəticələri bu gün elan olunub. Müsabiqədə Azərbaycan da daxil olmaqla yeddi ölkə iştirak edib, səsvermə onlayn keçirilib.  

          Müsabiqənin finalçılarından olan  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  İnnovativ Biznes İnkubator mərkəzinin üzvləri Gülnarə Mirzəyeva və Elnur Məmmədov yarışmada yer tutublar.

          “Rəqəmsal texnologiya” kateqoriyası üzrə finala çıxan AzMİU-nun Tikinti-iqtisad fakültəsinin tələbəsi Gülnarə Mirzəyevanın “TechnoHealth” startup layihəsi Azərbaycan üzrə ölkə səsverməsində  çempion olub.

         “Yaradıcı” kateqoriyası üzrə yarışa qatılan digər finalçı tələbəmiz  Elnur Məmmədovun  “Stork” startup layihəsi də həmin kateqoriyada 1-ci yerə layiq görülüb.

          Məlumat üçün qeyd edək ki, Creative Spark proqramı 2018-ci ildə yaradılıb. Həmin ildən proqram minlərlə tələbə, məzun və sahibkarlara innovativ biznes ideyaları ilə yenilik gətirməsinə dəstək göstərib. Bu il  Azərbaycandan olan 12 gənc təşəbbüskar qrupu #mycreativespark #BigIdeaChallenge 2021 üçün yarışır. Həmin gənclər 600-dən çox komandanın iştirak etdiyi və 84.000 nəfərin səs verdiyi yarışmada seçiliblər. 

 

16-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]