Əcnəbi abiturientlərin nəzərinə!

ƏCNƏBİ VƏTƏNDAŞLARININ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNIVERSİTETİNƏ QƏBULU ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR (BÜTÜN TƏHSİL SƏVİYYƏLƏRİ ÜÇÜN) 

Hörmətli əcnəbi abiturientlər! 

Siz artıq 2021/2022-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat  Universitetində təhsil almaq üçün ixtisas seçiminizi etdiniz. Növbəti mərhələ olaraq, aşağıda göstərilən sənədləri foundation@azmiu.edu.az ünvanına göndərməyinizi Sizdən xahiş edirik: 

1. Əvvəlki təhsil haqqında sənədin (attestat/diplom) verilən ölkədə apostille möhürü ilə və ya leqallaşdırılmış əsli (scan); 

2. Beynəlxalq pasport (scan). Beynəlxalq pasportun etibarlılıq müddəti universitetdə təhsil alma dövrünə uyğun olmalıdır. 

3. Tibbi arayış (Hepatit B, C, QİÇS və praktiki sağlamlıq haqqında). 

  

ƏCNƏBİ VƏTƏNDAŞLARIN SƏNƏDLƏRİNİN QƏBULU VƏ QEYDİYYAT TARİXLƏRİ 

Azərbaycan Memarlıq və İnşaat  Universitetinin hazırlıq, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinə əcnəbi vətəndaşların sənəd qəbulu 01.06.2021-ci il tarixdən  başlamışdır. 

 

ƏLAQƏ: 

Ünvan: Azərbaycan, Bakı, Ayna Suiltanova 11
Tel.: +99412 4325226, +994554786444 (WhatsApp, Teleqram)
E-mail: foundation@azmiu.edu.az
Web: www.azmiu.edu.az 

 

 

20-10-2021