AzMİU Elmi Şurasının son iclası keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ilində Elmi Şuranın son iclası keçirilib. İclası açıq elan edən AzMİU-nun-nun rektoru, professor Gülçöhrə Məmmədova gündəlikdəki məsələlərə keçməzdən əvvəl Mexanika kafedrasının müdiri, professor İsmayıl Sadıqovu 80, Azərbaycan dili və pedaqogika kafedrasının professoru Alimə Osmanzadəni 70 illik, Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinin dekanı, dosent Gülnarə Əsgərəlizadəni 60 illik yubileyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının, istehsalat təcrübələrinin keçirilməsi, buraxılış işlərinin, magistr dissertasiyalarının müdafiəsi barədə hesabatla çıxış edib. Prorektor pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlərdən bəhs edib, yaz imtahan sessiyasının uğurla nəticələnməsi barədə Şura üzvlərini məlumatlandırıb.
Memarlıq fakültəsi üzrə müvəffəqiyyət göstəricisi 77 %, keyfiyyət göstəricisi 20%, İnşaat fakültəsi üzrə müvəffəqiyyət göstəricisi 81%, keyfiyyət göstərisici 10%, ST və MKS fakültəsi üzrə müvəffəqiyyət göstəricisi 83%, keyfiyyət göstəricisi 6%, Nəqliyyat fakültəsi üzrə keyfiyyət göstəricisi 78%, keyfiyyət göstərici 10 %, İnşaat-texnologiya fakültəsi üzrə keyfiyyət göstəricisi 77%, keyfiyyət göstəricisi 13%, Tikinti-iqtisad fakültəsində müvəffəqiyyət göstəricisi 73%, keyfiyyət göstəricisi 8%, MİT fakültəsində müvəffəqiyyət göstəricisi 75%, keyfiyyət göstəricisi 11%, SABAH qruplarında müvəffəqiyyət göstəricisi 97%, keyfiyyət göstəricisi 38%-dir. Ümumi universitet üzrə bu ilki ilkin nəticələr müvəffəqiyyət göstəricisi üzrə 77%, keyfiyyət göstəricisi üzrə isə 12% təşkil edir.
A.Qasımov imtahan prosesində şəffaflığın təmin olunması, tələbələrin şikayət və təkliflərinin vaxtında cavablandırılması məqsədilə AzMİU-da Apellyasiya komissiyasının və Qaynar xəttin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Akif Qasımovun hesabatından sonra Şura üzvləri gündəlikdə olan məsələ ətrafında fikir mübadiləsi aparıblar. Rektor görüləcək işlərlə bağlı öz tövsiyələrini verib və müzakirəyə çıxarılan hər bir məsələnin AzMİU-nun gələcək inkişafını şərtləndirən başlıca məqamlar kimi səciyyələndirərək universitetin professor-müəllim heyətinə uğurlar arzu edib. İclasda cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.