SABAH Magistraturası layihəsi çərçivəsində qrant müsabiqəsi elan olunur


          Azərbaycan Memarlıq və İnşaat Universiteti Təhsil Nazirliyinin dəstəyi ilə SABAH Magistraturası layihəsi çərçivəsində “Dayanıqlı region planlaşdırılması və ərazilərin inkişafı” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədi ilə qrant müsabiqəsi elan edir.

         Qrantın ayrılmasında başlıca məqsəd “Dayanıqlı region planlaşdırılması və ərazilərin inkişafı” ixtisaslaşması üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində keyfiyyətcə beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını təmin etməkdən, ənənəvi proqramlardan fərqlənən yeni multidissiplinar magistr tədris proqramı əsasında təhsilin daha əhatəli, keyfiyyətli və səmərəli aparılmasından ibarətdir.

 

Qrantın məqsədi:

Ali təhsilin magistratura səviyyəsində Sabah qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili aşağıdakılar vasitəsi ilə həyata keçiriləcəkdir

  1. “Dayanıqlı region planlaşdırılması və ərazilərin inkişafı”  ixtisaslaşması üzrə əmək bazarının və beynəlxalq təcrübənin müasir tələblərinə cavab verən yeni məzmunun yaradılması və çoxaldılması (təhsil proqramları, tədris planları, təlim və tədris vasitələri və s)
  2. “Dayanıqlı region planlaşdırılması və ərazilərin inkişafı”  ixtisaslaşması üzrə tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə yerli və beynəlxalq müəllimlərdən ibarət peşəkar komandanın formalaşdırılması
  3. “Dayanıqlı region planlaşdırılması və ərazilərin inkişafı”  ixtisaslaşması üzrə tədrisin yüksək səviyyəli və müvafiq tələblərə cavab verən maddi texniki bazanın qurulması və ya təkmilləşdirilməsi
  4. “Dayanıqlı region planlaşdırılması və ərazilərin inkişafı”  ixtisaslaşması üzrə təhsil alan tələbələrin dərsdənkənar bilik və bacarıqlarının artırılması məqsədi ilə ingilis dili, öyrənmə və tədqiqata yönəlmiş fakültativ məşğələlərin təşkili 

 

Müraciət prosesi

1. Elan edilən qrant müsabiqəsində təhsil və təlim sahəsində ən az 3 il təcrübəyə sahib şirkətlər, təşkilatlar, yerli və xarici ali təhsil müəssisələri, VÖEN-ə sahib fərdi müraciətlər əsasında ali təhsil müəssisəsinin müəllimləri, müəllimlərin qrupları və ya müstəqil ekspertlər qrant layihəsinin bir neçə və ya bütün komponentləri üzrə iştirak edə bilərlər.

2. Qrant müsabiqəsi üçün ayrılmış maliyyə 210.000 (iki yüz on min) Azərbaycan  manatı təşkil edir. Qrant layihəsinin  icra müddəti 2 ildir.

3. Layihə təklifləri bu elana əlavə edilmiş Ərizə formasına və sənədlər toplusuna uyğun şəkildə tərtib olunmaqla  05 iyul 2021-ci il saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir.

4. Müsabiqənin nəticələri 10 gün ərzində yoxlanılaraq elan ediləcəkdir. Qaliblərə məlumat e-mail vasitəsi ilə təqdim ediləcəkdir.

5. Müsabiqə nəticələrinin elan olunmasından bir həftə ərzində appelyasiya komissiyasına müraciət etmək mümkündür.

6. Ərizə forması və sənədlər toplusu (nümunə)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]