AzMİU Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

           

Türkiyənin Eskişehir Osmanqazi Universitetinin (EOGU) Uluslararası ilişkiler koordinatoru Mahmut Sami İşlek Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Türkiyəli qonaq AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüb. Görüşdə AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov da iştirak edib və universitet haqqda ətraflı məlumat verib.  

Qonaq EOGU-nun rektoru cənab Prof.Dr. Kemal Şenocakın salamlarını çatdırıb və AzMİU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qarşılıqlı olaraq universitetlərin təqdimatından sonra Avropa Birliyinin qrant layihələrində birgə iştirak, tələbə-müəllim və tədqiqatçı mübadilələri, müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının hazırlanması məsələləri müzakirə edilib. 

            Görüş çərçivəsində universitetlər arasında Anlaşma memorandumu və memarlıq və iqtisadiyyat sahələrində tələbə mübadiləsini dəstəkləyən Erasmus+ KA1 protokolu imzalanıb.  

           Məlumat üçün qeyd edək ki, AzMİU uzun müddətdir EOGU ilə əməkdaşlıq edir. 2013-cü ildə universitetlər arasında  Mövlanə Mübadilə protokolu imzalanıb və AzMİU-nun 1 tələbəsi EOGU-da təhsil alıb. Sözügedən universitetlə birgə qrant layihələri işlənilib. 2021-2022-ci tədris ilində tələbələrin öz hesabına olmaqla  EOGU-ya 1 və ya 2 semestr təhsil almağa göndərilməsi nəzərdə tutulub.  

 

20-10-2021